İnternetin bu qədər bizə rahatlıq və avantaj verməsi təbii ki mükəmməldir amma bunuda unutmayın ki bu inetrnet doğru bir şəkildə istifadə edilmədiyi zaman sizə çox ağır və hətta nəticəsini illərcə hiss edə biləcəyiniz nəticələr verər.Əslində internetdə bunu sizə yaşadacaq bir çox faktor var amma bu gün bizə internet mağazalardakı alış-verişdən danışacağıq.
Gömrük oyunu!
Aliexpress və eBay kimi saytlardan alış-veriş etdiyiniz zaman sadəcə əlaqə nömrənizi və poçt ünvanınızı doğru yazmağınız yetər. Təbii ki bağlamanı alacaq şəxsində adı və soyadı kimi bilgiləri yetirdə. Sizin sifarişiniz poçt ofisinə çatdıqada , sizə poçdan zəng gələr və sizə gedib şəxsiyyət vəsiqənizi verib bağlamanı alırsınız. Bu qədər sadə və təhlükəsiz.
Bu zaman bağlamanın gəlməyi bir qədər gecikə bilir. Amma olsun… Sonradan Azərbaycanda karqo şirkətləri peyda olmağa başladı. Çindən , Amerikadan və Türkiyədən bağlamaları sürətli şəkildə çatdırdıqlarını bildirdilər. Buda problem deyil. Problem olan qismi isə lap can alıcıdır.
Deyəkm ki siz bunlardan birisi ilə işləmək istəyirisiniz. Trendyolu seçdiniz. İstəyirisniz ki sizin məhsulu Trendyoldakı satıcı yox , bu karqo şirkəti gətirsin. O zaman bu şirkətin saytında qeydiyyatdan keçməlisiniz. Onlar sizə Türkiyədə bir anbar ünvanı verir. Trendyol-dakı satıcı sifarişinizi bu anbara göndərir və onuda Türkiyədən Azərbaycana bu karqo şirkəti gətirir. Doğrusu sonradan işə PaşaHoldinq qarışdı amma nəmi dəyişdi? Təbii ki heçnə. Durum dahada vahimləşdi.
Öncəliklə İstər birbaşa Trendyol üzərindən Azərbaycana(Paşa Holdinq tərəfdaşlığında) , istərdə 3-cü tərəf karqo şirkəti ilə sifarişlərinizi almaq üçün sizdən şəxsiyyət vəsiqənizin seria və pin kodunu istəyirlər. Adama deyərlər başqa arzunuz? Bu sıradan bir məlumat deyil. Hələ bunu sizdən soruşan Azərbaycan və Türkiyə şirkətləridirsə məncə daha çox düşünün.
Onlar bunu Gömrük rəsmiləşdirilməsi üçün olduğunu deyir. Biz buna etiraz etmirik. Amma xüsusi ilə ölkədəki şirkətlət sizin bu önəmli bilginizi qorumaqda və saxlamaqda nə qədər şəffadır? Sabah adınıza bir şirkətə bağlı vergi borcu çıxarsa , adınıza bir mobil nömrə və bənzəri dolandırıcılıq nğvləri çıxarsa , bu yazını təkrar oxumalı olacaqsınız.
Bunu deməkdə əsaslarımız var. Nə Trendyol və Paşa Holdinq , nədə Azərbaycandakı şirkətlər şəffa və dürüst deyil.