Amazonda Satış etmək üçün lazım olan bütün addımlar!

Amazon , son illərin ən çox bilinən marka adlarından biri olsa gərək. Dünya boyunca hər sinifdən insanların alış-veriş etdiyi bir e-ticarət saytıdır. Amma Amazonun bu qədər məhşur olmasındakı səbəb sadəcə bu deyil. Amazon satıcıların ən çox qazanc etdiyi platformaların başında gəlir, Amma Amazonda məhsul satmaq üçün sadəcə nəyisə istehsal etməyiniz önəmli deyil. Dünyada getdikcə yayğınlaşan Dropshipping edərəkdə Amazonda satış edə bilərsiniz. (Dropshipping Nədir?)

1. Bank Hesabı və Wise

Amazonda satış etmək üçün ehtiyacınız olan iş şey Azərbaycanda bir bank hesabınızın olması lazımdır. Bunu istənilən bankdan pulsuz bir şəkildə təmin edə bilərsiniz. Valuta növü olaraq Dolları tərcih edə bilərsiniz. Azərbaycan manatıda ola bilər.

Daha sonra Dollarla ödəniş almaq üçün sizin Wise-da bir hesabınızın olması lazımdır. Azərbaycandakı Bank hesab bilgilərinizi buradakı hesabınıza qeyd edirsiniz. Amazondan gələn pullar Wise hesabınıza , oradanda Azərbaycandakı bank hesabınıza köçür.

2. Amazon Satıcı Hesabı Açın

Amazonda satış edə bilməyiniz üçün ehtiyacınız olan ikinci şey sizin bir Amazon satıcı hesabına sahib olmağınızıdr. Bunun üçün sellercentral.amazon.com linkinə keçin və yeni bir hesab yaradın. Qeyd edək ki Azərbaycandan Amazonda satış etmək üçün şirkət açmağınıza gərək yoxdur.Azərbaycandan satış üçün lazım olan tək şey bir bank hesabınızın olmasıdır. Bunuda ölkəmizdə çox asanlıqla və pulsuz olaraq əldə edə biləcəyinizi yuxarıda qeyd etdik.

3. Hesabınıızn təsdiqlənməyini gözləyin

Bəzən Amazon sizin məlumatlarınızın doğruluğunu yoxlamaq üçün sizi biraz üzə bilər. Amazonda hesab açarkən çalışın adınıza bankda kredit vəya debet kart , komunal abunəlik olsun. Əgər bunlar szidə yoxdursa , Ailə üzvlərinizdən birinin adınada bunu edə bilərsiniz.

4. Mağaza yaradın və Məhsullar seçin

Amazonda uğurlu bir satış üçün peşəkar tasarlanmış bir mağazaya ehtiyacınız var. Mağazanı oluşdurduqdan sonra satacağınız məhsulların konsepsiyasını yaradın. Bunun üçün bəlli toolar var. Məsələn Junglescout . Bu sayt vasitəsilə Amazonda ən çox satılan məhsulları tapa bilərsiniz.

5. Etibarlı Satıcı Tapın

Satacağınız məhsulları seçəndən sonra onları hardan tapacağınız çox önəmlidir. Bunun üçün Aliexpress-i istifadə edə bilərsiniz. Bu Platformada çox etibarlı və Amerika bazarı üçün tez shipping time sahib satıcılar var. Buradan tapdığınız məhsulları Amazon mağazanıza yükləyin.

6. Reklam Verin

Reklam verin. İlk başlarda sizin mağazanızın vəya məhsulunuzun daha çox müştəriyə çatmasl çoxda inandırıcı deyil. Bunun üçün istər Amazon daxilində ,istərdə Sosial platformalarda mağazanızı vəya məhsulunuzu reklam edə bilərsiniz.

7. Sifarişləri qəbul edin.

Bu qədər sadə. Amazon mağazanızı aktiv tutun. Amazonda sifariş qəbul etdiyiniz zaman , eyni sifarişi alın və Aliexpress-dəki satıcınıza yönləndirin və Aliexpress-dəki satıcı məhsulu sizin müştəriyə göndərsin. Beləcə siz Amazonda Dropshipping edərək kar əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

azAzərbaycan dili