Dropshipping bir e-ticarət növüdür. Lakin burada fərqli olan sizin hər hansı stokunuzun olmamasıdır ki məhz bu faktor Dropshippingin ən cəzbedici yandır. Bu yazıda Dropshipping nədir və necə edilir sualına cavab tapacağıq. Uğurlu bir Dropshipping etməzdən əvvəl bu yazını oxumağınızı təklif edirik.
Dropshipping, fiziki mallara sahib olmadan mal sata biləcəyiniz bir iş modelidir. Beləliklə, bir alıcı bir şey satın aldıqda, məhsul tədarükçüsü məhsulu birbaşa alıcıya göndərir. Bu, elektron ticarətdə çox üstünlük verilən bir üsuldur. Yəni bu Dropshippingdir.

Başqa sözlə, yalnız müştəriyə məhsulu almağa kömək edirsiniz. Dropshipping biznesində inventar idarəetmə sistemləri, saxlama, nəqliyyat xərcləri və logistika barədə narahat olmağa ehtiyac yoxdur. Bütün bunlar məhsulun satıcısı tərəfindən yerinə yetirlir. Siz sadəcə online mağazanızda Aliexpress və Banggood kimi platformalardakı satıcıların məhsullarını listəliyərsiniz. Potensiyal alıcılarda saytınızda məhsulu sifariş verir və sizdə eyni məhsulu Aliexpress vəya Banggood üzərindəki satıcınıza yönləndirirsiniz. Bu qədər asan!

Ancaq Dropshipping edənlərin diqqət etməsi gərəkən ən önəmli şeylərdən birisi istifadə edəcəkləri e-ticarət platforması və mənfəət gəlirinin hesablanmasıdır. Bundan əlavə, müştəri çatdırılma və ya məhsulla bağlı problem yaşayarsa, onlar tanıyacağı ilk adam siz olacaqsınız. Bunun üçün aktiv sosial media istifadə etməli , elektron məktublara cavab verə biləcəyiniz bir müştəri xidmətləri altyapısı yaratmağınız lazımdır.

Dropshipping necə işləyir?

Əslində az-çox yuxarıda Dropshipping və onun işləmə mexanizması haqqında bilgi verdik. Lakin daha aydın şəkildə qeyd etmək lazımdırsa işləmə mexanizması belədir.

  1. Mağaza adını və satacağınız məhsul kateqoriyalarını müəyyən edin.
  2. Bir e-ticarət platforması seçin. (Shopify , Woocommerce və.s)
  3. Etibarlı satıcılar və ən çox satılan məhsulları kəşf edin. (Aliexpress və.s)
  4. Məhsulları mağazanıza yükləyin (Dsers və.s)
  5. Ödəmə sistemini aktiv edin. (Paypal , Stripe v.s)
  6. Müştərilərinizə qarşə şəffaf olun. Geri qaytarılma və digər məlumatlar haqqında saytınızda bilgi verin.

Dropshipping faydala

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *