
Yüzlərcə proqramlaşdırma dilləri var. Bu dillər aşağı,orta və yüksək dillər olmaqla fərqli platfotmalarda istifadə edilir.Proqramlaşdırma dillərinin təsnifatına keçməzdən əvvəl örnək vermək lazımdırsa, “php,python,c#,pascal,c#,c++,c,swift,darlang …” kimi proqramlaşdırma dilləri var.
Mobil Developerlər
Əgər siz mobil developer olmaq istəyirsinizsə,işiniz biraz çətin olacaq.Biz Ios,Android və Windows Mobile üçün proqram gəlişdirənlərə “Mobil Developer” deyirik. Bu 3 platfotmanın özünün istifadə etdiyi proqramlaşdırma dilləri və texnologiyaları tamamilə fərqlidir. Məhz bunun üçündə “Mobil Developer”lərin maaşı çox yüksək olur.
IOS Development
IOS üçün proqram yazmaq istəyirsinizsə, iki şeyə ehtiyacınız var.
- Apple Noutbuk
- Swift
Apple proqramlar yazmaq üçün sizin “xCode” proqramına ehtiyacınız var və bu proqram yalnız MacOS əməliyyat sisteminə sahib bir bilgisayarınız olmalıdır.
İkinci olaraqsa,siz Apple-ın gəlişdirdiyi “Swift” proqramlaşdırma dilini öyrənməlisiniz.
ANDROİD Development
Android üçün proqram yazmaq istəyirsinizsə biraz rahat ola bilərsiniz. Proqram gəlişdirmək üçün sizə
- Android studio
- Java,C++ və Kotlin
Öncə sizə Android studio lazımdır. Bunu proqramı həm Windows həmdə MacOS tipli bilgisayarlarınıza qura bilərsiniz.
Android üçün 3 proqramlaşdırma dili ilə proqram yaza bilərsiniz. Java,Kotlin və C++.
Ən çox Java istifadə edilsədə,Kotlin də son vaxtlar developerlər tərəfindən istifadə edilir. Çünki arxasında Google dəstəyi var.
WINDOWS Development
Sizə bir “Visual Studio” proqramı,birdə c# proqramlaşdırma dili lazımdır. Ardından hərşey sizin imkanlarınıza bağlıdır.
WEB Development
Indisə gələk Web Developerlərə…Yəni bizlər!
Qarşımızda birçox proqramlaşdırma dilləri var,lakin bu iş ciddi olduğundan ən yaxşısını istifadə etməliyik. Qarşımızda iki platforma var.
- Linux
- Windows
PHP ,Python,Ruby
Linux ən çox istifadə edilən əməliyyat sistemidir(Şəxsi istifadə üçün Windows,lakin development üçün Linux). Çünki Linux daha təhlükəsizdir. İstifadə edəcəyiniz proqramlaşdırma dili əməliyyat sisteminə görə dəyişir. Linux-da Php,Python,Ruby və.s istifadə ediriksə,Windows-da C#(ASP.NET)
Bəziləriniz deyə bilər ki, PHP Windows-da qurula bilir. O zaman məndə deyərəm ki, “sən bu işdən uzaq dur…”
Qısası, siz PHP,PYTHON,RUBY,C#(ASP.NET) proqramlaşdırma dillərindən birisini öyrənməlisiniz
Əgər bu üç dil arasından ilk hansını öyrənməli olmağınız sizi düşündürürsə mən deyim. PHP vəya Python.
Google-Python,Twitter-Ruby Faceboksa- PHP istifadə edir. Hətta məhşur WordPress və Drupal belə PHP ilə yazılıb. Qısası, əgər Web Developer olmaq istəyirsinizsə Linux-u və PHP-ni öyrənin.