Kiber təhlükəsizlik üçün 5 qızıl qayda!

Spread the love
Kiber tehlükesizlik

İnternet və İnternet platformasındakı tətbiqlərin daima təkminləşməsinə baxmayaraq hərgün minlərlə insan Kiber tehlükesizlik problemleri ile qarşılaşır. Bu yazıda sizə Kiber təhlükəsizlik üçün 5 qızıl qayda haqqında yazacam.

Xəbəri olanlar var ki, bu yaxınlarda “Milli şuranın” ZOOM platforması üzərindən video-konfransları(özəl) kiber cinayətkarlar tərəfindən internetə sızdırıldı. Öncəliklə mən bunu qınayıram, insanların dinindən,irqindən və siyasi görüşündən dolayı yarqılanması və özəl həyatına müdaxilə yolverilməzdir.

Sual: Bəs necə qoruna bilərik?

Android əməliyyat sisteminin bu qədər böyüməsi kiber cinayətkarlar üçün arzuolunan ortam yaradıb. Aşağıda “kiber cinayətkarlıqdan qorunmaq üçün 5 qızıl qayda” haqqında yazmazdan əvvəl bir faktı paylaşmaq istəyirəm.

Dəqiq xatırlamıram,ama son 10 il içərisində Amerikada bir müsəlman terroristin üzərindən “Iphone” markalı telefon tapılır. Bu telefona girmək “xüsusi xidmət orqanları” üçün əlçatmaz olur. Yəni düşünün ki, o boyda “FBI”dəki hakerlər bu telefonun ekran klidin qıra bilmir. İş gedir “Apple”a. Azərbaycandakından fərqli olaraq xahiş edirlər ki, “Bu telefonun ekran klidin qırın verin” ama “Apple” şirkəti buna rədd cavabı verir.

Ama bir düşünün. Ya bu telefon Android olsaydı, əmin olun ki, onun ekran klidini qırmaq orta səviyyəli proqramistlər üçün belə 10 dəqiqəlik zamandır. Və bu terroristin “Iphone” istifadə etməsi, Azərbaycandakı kimi “qızlara hava atmaq” üçün deyil, sırf təhlükəsizlik üçündür. Bu səbəbdəndə bütün dövlət və hökümət adamları “Apple” məhsulları istifadə edir. İndi isə keçək 5 qızıl qaydaya.

1. Apple məhsulları istifadə edin

Bütün növ siyasi və işgüzar görüşlərdə Apple məhsullarından istifadə edin. Sizə tövsiyyəm Iphone,Ipad vəya macOS istifadə edin.

2. Facetime istifadə edin!

Sektorda gənəldə ZOOM istifadə edilir. Lakin, zaman-zaman ZOOM-da problemlər yaranır. Mən sizə Apple-ın Facetime tətbiqini istifadə etməyi tövsiyyə edirəm. Eyni anda 32 bağlantıya imkan verir.

3. VPN istifadə edin!

Burasıda çox önəmlidir. Mobil operatorlar internetdə hərşeyimizi izləyə bilərlər. Bunun əvəzində VPN servislər istifadə edin. Həm android həmdə IOS üçün ən təhlükəsiz proqram “Cloudflare” firmasının 1.1.1.1 proqramıdır. İstifafə etsəniz, mobil operatorlar burunlarını şəxsi datalarınıza soxa bilməz.

4. İki faktorlu girişi aktiv edin!

Bütün sosial hesablarınızda “iki faktorlu girişi” aktiv edim. Beləcə qarşı tərəfdə sizin bilgiləriniz olsada hesablarınıza girə bilməyəcəklər.

5. Xarici nömrə istifadə edin!

Əgər mobil operatorlardan şübhə duyursunuzsa, whatsapp kimi hesablarda “xarici nömrələr” istifadə edin. Çox rahatlıqla bu nömrələri satına ala və idarə edə bilərsiniz.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *