Ölkəmizdəki Rəqəmsal Marketinqin durumu

Bu yazıda ölkəmizdə çox məhşurlaşan və bir o qədərdə çətin inkişaf edən ” Rəqəmsal Marketinq” sektoru haqqında qısa bir yazı yazaq. Əlimizdəki analizlər və bazar dəyərlərindən əsaslanaraq danışa biləriki ölkəmizdə  hərhansı mərkəzləşmiş peşəkar Rəqəmsal Marketinqdən danışmaq olmaz.  Gəlin aşağıda Azərbaycanda nədən Rəqəmsal Marketinq kampaniyalarının uğursuz olması haqqında qısa bir giriş yazısı yazaq.

Reklamlarım nədən nəticə vermir?

Bunun iki səbəbi var və gəlin öncə bu suala cavab verək. Əlimizdə konkret data olmadığından dəqiq rəqəmlər söyləyə bilməyəcəyik ama müstəqil araşdırmamıza görə Azərbaycandakı Rəqəmsal Marketinq kampaniyalarının 70%-dən çoxu uğursuz nəticə verir vəya 80%-dən çoxu istənilən nəticəni qarşılamır. Və sizində Reklamlarınız bu kimi nəticə verirsə ki bizcə bu belədir,bu halda bunu iki səbəbi var.

  • Doğru Agentlik seçməmisiniz
  • Reklamları özünüz yayımlayırsınız
  1. Gəlin birincisindən başlayaq çünkü bazarda Rəqəmsal Marketinqin sadəcə adını bilən və özlərinə Agentlik deyən onlarca ad var və bunlar Rəqəmsal Marketinqin gerçəkdə nə olduğun anlamırlar. Rəqəmsal Marketinq xidməti üçün bir Agentliklə çalışmazdan əvvəl mütləq onların peşəkarlıq səviyyəsini ölçməyiniz lazımdır. Qısası, uğurlu bir Rəqəmsal Marketinq Agentliyinin ən azı göstərdiyi xidmətlər üzrə 5 və üzəri Beynəlxalq sertifikatı olamlıdır. Yerli sertifikatları hesaba almırıq çünkü tədsir metodikası uyğun gəlmir.

Çalışacağınız bir Marketinq Agentliyində Sertifikatların sonrasında olması lazım olan ikinci bir nüyans isə bazardakı təcrübədir. Təcrübə çox önəmlidir və ən rəqabətli bazarlarda belə uğur qazanmağınızda sizə yardımçı olacaq.

Və sonrasında isə bir Rəqəmsal Marketinq Agentliyi üçün lazım olan digər birşey isə onun sahib olduğu resurslardır. Yəni bu Agentlik necə çalışır və bazarı necə analiz edir? Vəya Reklamlarınız üçün hansı Platformanı seçəcəyinə hansı mexanizmlərlə qərar verir?

2. Diqqət edilməsi lazım olan digər bir məsələ isə Reklamlarınızı sizin özünüzün yayımlamağınızdır. Çünkü bu Rəqəmsal Marketinqdə məqbul hesab edillə bilməz doğru bir Agentliklə çalışmadığınız müddətcə. Çünkü mən hələ “özünü əməliyyat vəya müalicə edən bir həkim” eşitməmişəm. O zaman sizdə “xərclərinizin az olması üçün” Rəqəmsal Marketinq kampaniyalarınızı özünüz hazırlamaqdan çəkinin. Zatən doğru bir Agentliklə çalışsanız və gəlirləriniz artacaq.

Sosial Media Marketinq Xətaları

İstər Agentliklər olsun,istərdə müstəqil Reklam yayımlayanlar, Azərbaycanda ən çox itkilər və səhvlər bu platformada. yəni Sosial Media Marketinqdə edilir. Çünkü istifadəsi çox asan görsənir ama gerçəklər tamam fərqlidir. Çünkü sektorda çox görmüsünüzdür “SMM Xidməti vəya SMM İrəlləmə” kimi başlıqlı reklamlar vəya elanları. Ümumiyyətlə peşəkar Rəqəmsal Marketinqdə Reklamlar üçün hansı platformanın seçiləcəyinə Rəqəmsal Marketinq planlamasından sonra qərar verilir. Bura bazar və Rəqib araşdırmasıda daxildir. Əgər bunlar olmadan ucuz olduğu üçün Reklamlarınız üçün ilk növbədə instagram və facebook kimi sosial şəbəkələri seçərsəniz nəticədə bəllidir.

Ama bəzən Sosial şəbəkə reklamları doğru platforma kimi görsənir ama Reklamı yayımlayan doğru strukturu bilmədiyindən reklam uğursuz olur. çünklü Rəqəmsal marketinqin əsas təməl şərti var: Doğru zaman və Doğru istifadəçi… Qısa izah etmək lazımdırsa, yeni tikilən binalardakı evlərin satış reklamların görürsünüz, əmin olun ki bu Reklamların göstərildiyi insanların çoxu maddi durumu çətin olanlar, yaxşı çox aşağı olanlar vəya heç ev almaq istəmiyənlərdir.

Planlama

Əslində hərşeyin öncəsində bu dayanır Rəqəmsal Marketinqdə və yuxarıda yazılanlar hamısı bu planlamaya daxildir. Lakin bunu ayrı başlıq halında yazmağa qərar verdik. Büdcəniz nə olur olsun sizin ən azı bir Rəqəmsal Marketinq planlamanız olmalıdır. Bura birçox faktorlar daxildir. Bazar araşdırmasından tutunda , Rəqiblərinizin analizinə və təbii ki olmazsa olmaz Cross Marketinq starategiyası.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir