Reqemsal Marketinqin Avantajları

Spread the love
Reqemsal Marketinq

Rəqəmsal Marketinq deyəndə təbii ki, Azərbaycandakı kimi yalnızca “SMM” başa düşülmür. Bu yazıda Rəqəmsal Marketinq haqqında Azərbaycanda bilinən yalnışlar və nədən Rəqəmsal Marketinq istifadə etməli olduğunuz haqqında danışacam.

Nədən Rəqəmsal Marketinq…

Bir düşünün, bir mağazanız var və mağazanızda 3 yaşa qədər uşaqlar üçün geyimlər satırsınız. Qapıya qədər “pulsuz çatdırılma” xidmətinizdə var… Qazanmaq üçün reklama ehtiyacınız var və qarşınızda iki seçim var.

  • Ənənəvi Marketinq (Tv,Radio və.s)
  • Rəqəmsal Marketinq

Ənənəvi Marketinq

Çox reytinqli bir kanalın çox reytinq verən bir proqramında reklamlarınızı yayımlatmaq istəyirsiniz. Sizi orada sabit bir məbləğ gözləyir… Mələlən, 1 dəqiqəsi üçün 500 manat. Yaxşı deyək ki, razılaşdınız. Kanal vəya radio sizin reklamlarınızı yayımlamağa başlayır. Və siz deyə bilmərsiniz ki, “Mümkünsə mənim reklamlarımı yalnız uşaqları olan insanlar” izləsin vəya dinləsin. Burda belə imkanlara sahib deyilsiniz. Hələ üstəlik reklamlarınızı neçə nəfər izlədiyi,hansı təbəqənin izlədiyi kimi önəmli məlumatlarıda sizə verə bilməzlə,çünki gücləri yetməz.

Rəqəmsal Marketinqin gücü…

Ama işlər Rəqəmsal Marketinqdə tamam fərqlidir. Yəni istər 50 manatınız olsun,istərdə 5000 manatınız, siz öz reklamlarınızı yayımlaya bilərsiniz.

İstər reklamlarınızı “Evli çütlüklərə,İstər evlənməmişlərə,istər uşaqlara,istər yaşlılara…” göstərə biləcək imkanlara sahibsiniz.

Hətta reklamlarınızı bəlli saatlarda göstərədə bilərsiniz ki,buda əlavə xərclərə imkan vermir. Birsözlə Rəqəmsal Marketinqdə zamanda sizin xeyrinizə işləyir.

Azərbaycanda bilinən yalnışlar…

Bu gün Azərbaycanda peşəkar Rəqəmsal Marketinqdən söhbət belə gedə bilməz. Bu gün özünə iş tapa bilməyən insanllar, gedib bankdan bir debet kart alır və başlayır ki, “SMM İRƏLLƏMƏ” xidmətləri göstərirəm.

Bilirsiniz bu nəyə oxşayır? 2000-lərin başlarında çətinliklədə olsa insanlar müğənni olmağa çalışırdı,Çünki pul qazanmaq olurdu. Bu gün o dünənin müğənnilərini “rəqqaslar” əvəz edir. O “şıdırğı” rəqsini bir günə salırlar…Və maraqlısı təlabat var…

Ən böyük Agentliklər belə uşaq səhvləri edir. Adlarını burda çəksəm onlara söz haqqı doğar,onun üçündə çəkmirəm. Azərbaycanın ən böyük telekom şirkəti deyim anlayın. Adamlar “Filankəs Kids” deyə bir xidmət təqdim edirlər. Yalnız uşaqlar üçün. Azərbaycanda illərlə fəaliyyət göstərən bir Agentlikdə onların Rəqəmsal Marketinq planını hazırlayır. Reklam Google-da yayımlanmağa başlayır və gülməli tərəfi ondadır ki, reklamı izləyənlərin 78%-dən çoxu “subaylar” olur. İnandınız Azərbaycanda Rəqəmsal Marketinqin olmasına?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *