Wordpress

Doğrusunu demək lazımdırsa “WordPress nədir və nə üçün istifadə edilir?” sualının cavabı , heç bir kod bilgisi olmadığı halda belə öz-özünüzə veb saytlar yaratmaq sualının cavabıdır. PHP və Mysql altyapılı olan WordPress açıq qaynaq kodludur və günümüzdə korporativ saytlardan tutunda e-ticarət saytlarına qədər geniş profilli saytların yaradılması zamanı istifadə edilir. Dürüst olmaq lazımdırsa , WordPress bir azda abartılı şəkildə istifadə edilir. Amma buna baxmayaraq WordPress-in istifadə payı , bütün CMS ailəsi içərisində 60%-in üzərindədir.

Necə istifadə edilir?

Çox sadə. Bu mərhələdə sizin ən az şəkildə belə server və internet bilginiz olmalıdır. Bir WordPress saytının çalışması üçün sizin aktiv bir domain adı və hostingə ehtiyacınız var. Əslində bütün Hostinq şirkətləri WordPress-i aktiv şəkildə Hostinq planınıza daxil edir və siz bir başa ordan qura bilərsiniz.

Böyüyən topluluq!

WordPress-i digər rəqibləri qarşısında üstün edən meyarlardan birisi onun sahib olduğu gəlişdirici topluluğudur. Milyonlarca Tema və qoşmalar gəlişdiricilərin işini asanlaşdırır. Bunun yanında APİ rahatlığıda WordPress-i üstün edən amillərdən birisidir.

WordPress istifadə edən saytlar!

Milyonlarca sayt WordPress altyapısı istifadə edir. Lakin onlara örnək vermək lazımdırsa…

  • BBC
  • Ağ Ev
  • Beyonce
  • Katy Perry
  • Facebook Newsroom

Leave a Reply

Your email address will not be published. Required fields are marked *