Youtube-dan necə pul qazanmaq olar?

Bu birçox insanı düşündürür; Youtube-dan nece pul qazanmaq olar? Əmin ola bilərsiniz ki istər Google-da istərdə Youtube-da onlarca material var və onun çoxu gerçəyi yansıtmır. Öncə buna əmin olmalısınız ki, Youtube bir xeyir qurumu deyil və sadəcə siz o halda pul qazana bilərsiniz ki, Youtube sizin videolarınızdan pul qazansın. Bunu daha ayrıntılı yazmaq lazımdırsa, yəni Youtube ” Video görüntülənməyinə” görə deyil, videolarınızdakı Reklamlara görə pul verir. Və kimsədə sizə deyə bilməz ki Youtube “1000 reklam baxışına” görə sizə 10 dollar pul verəcək. Xeyir, bu əsla belə deyil çünki Youtube üzərində birneçə Reklam növü olduğundan, onlardan pul qazanılmada fəqrlilik göstərir.

1000 abunə və 4000 saat izlənmə vaxtı

Youtube-dan hər kanal pul qazana bilməz. Youtube-dan pul qazanmaq üçün öncə sizin kanalınız “Youtube İş Ortağı Proqramına” üzv olmalıdır. Bunu üçünsə kanalınız müraciət etdiyiniz tarixə qədər ən az 1000 abunə və son 365 gün ərzində  keçərli 4000 saat izlənmə vaxtına sahib olamlıdır. Kanalınız bu şərtləri qarşılayırsa , Youtube iş ortağı proqramına  müraciət edə bilərsiniz. Ama buda kanalınızın bu proqrama qoşulacağına zəmanət vermir. Siz müraciət etdikdən sonra Youtube-un insanlardan ibarət komandası müraciət edilən kanalları gözdən keçirir və siziə ən geci normalda 1 ay ərzində bir cavab alırsınız.

Google Ads hesabınız olmalıdır

Düşünürəm bu sıradan birşeydi və ən asan olanıda budur. Videolarınızda Reklam yayımlanamsı üçün sizin Youtube kanalınızla bağlanmış olan bir “Google Adsense” hesabınız olamlıdır. Qeydiyyatdan keçib və bunuda Youtube Kanalınızla bağlamaq asandır və zatən Youtube-da öyrədici videolar görə bilərsiniz.

Bəs necə qazanacam?

Gələk əsas məsələyə. Bunu anlamağınız üçün Youtube-un Reklam növlərini anlamağınız lazımdır. Youtube videolarında birneçə reklam növləri yayımlanır. Reklam var ki izləyiciniz onu izlədikdə siz pul qazanırısnız. reklam var ki izləyiciniz reklama “kliklədiyi” zaman siz pul qazanırsınız.

Ama bütün videolarda izləndiyi zaman siz eyni pulu qazana bilmərsiniz. Bunu anlamağınız üçün aşağıdakı örnəyi yazıram. İki Reklam verən var: A istifadəçi “Bumber” reklam növünü istifadə edir, B istifadəçi isə “Yayım daxili trueviev” istifadə edir.

Bu iki reklam görüntüləndiyi zaman Reklam verənlər fərqli məbləğlər ödəyir. Çünkü birinci Reklam 1000 görüntülənmə üzərindən  satın alınıırsa, ikinci Reklam 1000 və görüntülənmə başına satın alınır.

Reklamsız pul qazana bilərəm?

Bu mümkündür ama ama bu hər bazarda mümkün deyil. Qısası bunu izah etmək mümkünsə, Youtube Red deyə bir premium xidməti var Youtube şirkətinin. Bu xidmət aylıq ödənişlidir və burada yayımlanan videolarda reklam görüntülənmədiyi üçün, Google bəlli bir mexanizm ilə Youtube Red üzərindən video yayımlayanlara ödənişlər edir.

Bunun yanında sizin kanalınızdan pul qazanmaqğınız üçün Youtube şirkətinin təklifv etdiyi “Live Chat” kimi funksiyaların yanısıra, videolarınızda şəxsi sponsorlarlada çalışa və onların reklamların yayımlayaraq pul qazana bilərsiniz.

Azərbaycan bazarı necədir?

Çox zəyif. Normalda videolardan az pul qazanlılr. Bunun həm bazar tərəfləri var, həmdə zatən buradakı izləyici sayı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir