Youtube-dan nece pul qazanmaq olar-Nağıllar və Gerçəklər!

Spread the love
Youtube loqosu
Youtube loqosu

Nağıllara inanmayın! Youtube xeyir qurumu deyil…

Əminəm ki,ağlınızda Youtube-dan necə pul qazanmaq olar? sualı varsa, bu günə kimi birçox yerdən araşdırma aparmısınız.İstər Google aramada, istərdə elə Youtube üzərindən izlədiyiniz videolarda sizə nağıllar danışırlar.Bu nağıl danışanların əksəriyyəti Türk bloggerlərdir. Onlar sizə gerçəklə əlaqəsi olmayan şeylər danışır.Bu yazıda sizə gerçəkdə Youtube-dan nece pul qazanmaq olar o haqqda yazacam.

Qısacası Youtube…


Youtube 2005-dən bu yana fövqəl dərəcədə inkişaf edir. Aylıq izlənmə vaxtı(Bütün ölkələrdə) 3.000 dəfə günəşə gedib-gəlmə məsafəsinə bərabərdir. Əslində Youtubu ayaqda saxlayan iki faktor var.

  1. Content Creators
  2. Vistors

Content Creators,Bu sözü Azərbaycancaya tərcümə edəndə sıxıntılar olur. Çünki bu dilin özündəki problem buna səbəbdi. Sizə bunu “sadə dillə” deməyə çalışıram. Content Creators, yəni video Yaradıcılar. İkincisi isə Visitors, yəni Youtube-u ziyarət edən insanlar. Bilinki Youtube-u hər ay ən azı 3 milyard insan ziyarət edir.

Yəni kimsə axmaq deyil ki, saatlarla video çəkib youtube-da yayımlasın ki,kimsə baxacaq. Bu işin maddi tərəfidə olmalıdır axı.

Gerçəklər nədir?

Youtube bir “Content Creators” platformasıdır və hərgün yüzlərcə video yayımçılar öz məhsullarını bu platformada pulsuz yayımlayır(Youtube RED istisna olmaqla).Heçkəs dəli deyil ki,Google üçün çalışsın.Burda yüklədiyiniz videolardan pul qazana bilərsiniz. Günümüzdə artıq “Youtuber” deyə bir peşədə yaranıb. İnsanlar bu platformadan deyərdim milyonlarla dollar pullar qazanır. Siz “müəllifliyi” özünüzə aid bir videodan pul qazana bilərsiniz. Bu gün bu yazıda onun hamısına toxuna bilməyəcəyik. Lakin bu yazıda sizin Youtube-dan nece pul qazanmaq olar sualınıza cavab verəcəyik.

Bəs Youtube-dan necə pul qazanmaq olar?

Əgər hesabınız “Youtube iş ortağı” şərtlərinə uyğundursa, Google Ads deyə bir reklam xidməti var.Youtube hesabınızı “Google Ads “hesabınızla əlaqələndirirsiniz. Daha sonra sizin videolarınızda reklamlar görünməyə başlayır və beləcə siz pul qazanırsınız. Bu Youtube-da istifadə edilən ən çox Gəlir mexanizmasıdır.

Necə qazanacaqsınız?

Çox sadə. Videolarınızda reklam yayımlanacaq və yayımlanan reklamların formatına uyğun olaraq,əgər “faturalandırma” gerçəkləşərsə siz pul qazana bilərsiniz. Qısası, əgər sizin videonuzdakı reklamdan “Google” pul qazansa,onda sizdə qazanacaqsınız.

Video göstərilməsinə görə ödəmə!

Bildiyiniz kimi Youtube-da videolar izlədiyimiz zaman bizə reklamlar göstərilir. Beləcə kanal sahibləri pul qazanır. Əgər biz bu reklamları görmək istəmiriksə “Youtube Red”ə keçirik və o zaman videolarda reklam görmürük. Beləcə “Youtube Red”ə qoşulan kanal sahibləri, videoları izləndikdə pul qazanırlar.

Nağıllara inanmayın!

Bəziləri sizə deyəcək ki, “Youtube” video göstərilməsinə görə ödəmə edir. Hətta qarşınıza videolar çıxacaq “Youtube 1 milyon baxışa nə qədər pul verir” deyə. Ama bilin ki, Youtube xeyir qurumu deyil! O Sizə videolarınızdakı reklam baxışlarına və hərəkətliyinə görə pul ödəyir,video görüntülənməsinə görə deyil. Kimsədə sizə deyə bilməz ki, Youtube hər 1000 reklam görüntülənməsinə məsələn 10$ verir. Yox,buda yalandı. Youtube-da videolarda yayımlana bilən birçox reklam növü var. Bəzi reklamlar üçün reklam verənlər “Min görüntülənmə üçün” ödəmə edirsə,bəzi reklamlarda “hər göstərilmə üçün” ödəmə edirlər. Bəzi reklamlarsa “tıklandığında” ödəmə edirlər. Reklamların ücrətləndirilməsidə reklama görə dəyişir. Ətraflı məlumat almaq üçünsə Bura bax

Sonda…

Youtube-dan kanalınız varsa daha birneçə fərqli yollada pul qazana bilırsiniz. Azərbaycanda dəstəklənməyən “Super chat və.s” kimi üsullarlada. 10 ildən artıq zamanını Rəqəmsal Marketinqə verən bir adamın tövsiyəsini eşidin. “Toplumum istəkləri,ideyalarınızın lokomotivi olmasın”.

Bu gün insanlar “Bayağı” şeylərə gülürsə,sizdə elə videolar çəkərək pul qazanmayın.

2 thoughts on “Youtube-dan nece pul qazanmaq olar-Nağıllar və Gerçəklər!”

  1. Aida Gulamaliyeva

    Eger mene aid bir video klip icazem olmadan bashqa youtube kanallarinda yayimlanirsa ve onlar bundan pul qazanirlarsa, youtube menim huquqlarimi nece qoruya biler. Men nece etmeliyem?

    1. Bunun üçün “Youtube content id”ə sahib olmağınız lazımdır. Bundan sonra siz videolarınıza nəzarət edə bilərsiniz. Youtube şəffaf bir platformadır. Hüquqlarınızın qorunmasından əmin ola bilərsiniz.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *