Youtube-dan pul qazanmaq bir çox video yayımçının istəyidir. Çünki bu platformadan qazanıla biləcək məbləğ heçdə az deyil , amma burada ölkə faktoruda önəmli rol oynayır. Bu yazıda sizə bu haqqda bəhs edəcəyik. Youtube-dan necə pul qazanmaq olar: Gerçəklər və Nağıllar!

Nağıllara inanmayın!

Qarşınıza bir çox aldadıcı başlıq çıxacaq. Youtube 1000 baxışa “filan qədər” pul verir deyə. Amma bir şeyi yaxşı anlamağınızda fayda var; Youtube xeyir təşkilatı deyil və heç bir halda sizə video görüntüləmə sayına görə pul ödəməz (Youtube RED videolar istisnadır). O zaman bu başlığı beləcə yekunlaşdıra bilərik. Youtube sizə hər video baxış sayına görə deyil , videolarınızdakı reklamlara görə pul ödəyir. Qısası, əgər videolarınızdan Google qazanc əldə edərsə , çox az bir hissəsini sizədə verir. Kapitalizm bu olsa gərək.

Youtube-dan necə pul qazana bilərik?

Cavab sadədir. Videolarınızda reklamları aktivləşdirərək. Vəya Google iş ortağı proqramına qoşularaq videolarınızda 3-cü tərəf reklamları aktiv hala gətirirsiniz. Bu reklamlar faturalandığında , yəni izləyici ona tıklayarsa vəya bəlli bir intervalda izləyərsə sizdə o reklamlardan pul qazanacaqsınız.

Amma siz belədə düşünə bilmərsiniz; Google hər 1000 reklam baxışınada sizə “standart” məbləğ ödəmir. Çünki Youtube içərisində bir neçə kampaniya növü var və bunların faturalandırılması bəlli minumum məbləğ daxilində reklam verənə bağlıdır. Bunu anlaşılır dildə izah edək.

Düşünün ki siz min baxış üzərindən bir reklam kampaniyası oluşdurduz və reklamınızın hər 1000 baxışı üçün maksimal olaraq 3$ ödəmək istəyirsiniz. O zaman Google , bu 3$ -dan öz payını çıxır. Fərz edək ki qaldı 2$ və bu 2$ bölünəcək 1000 baxışı göstərən video hesablar arasında.

Amma Youtube üzərində digər reklam növləridə olduğu üçün reklamlar başqa qazanc methodları ilədə işləyir. Buda videonuzda göstəriləcək reklamın kampaniya ayarlarına bağlıdır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

AllEscort