Youtube Reklamlarında “ABCD” qaydası…

Image

Əslində Rəqəmsal Marketinq və Ənənəvi Marketinq (Tv , Radio və.s) arasında bir çox fərq var ki əgər bunlar bir Reklam kampaniyası zamanı nəzərə alınmasza , nəticini bilmək üçün heçdə ağıllı olmağa ehtiyac yoxdur. Rəqəmsal Marketinq və Ənənəvi marketinq arasında olan fərqləri bir ayrı yazıda sizinlə paylaşa bilərik , amma bu yazıda sizinlə paylaşmaq istədiyimiz Video Reklamlar zamanı Google-un “ABCD” qaydalarıdır. TechRadar-ın 2022 verilərinə görə , hələdə internetdəki video reklamların 85%-dən çoxunda bu qaydaya əməl edilmir ki nəticələrdə uğurlu olmur.

Hər bir Rəqəmsal Marketinq dərsi alan şəxs bilməlidir ki heç bir halda Tv reklamları oluğu kimi Rəqəmsal Marketinqdə istifadə edə bilmərsiniz. İstər vaxtını azaldın , istərdə xəyal gücünüzü zorlayın. Bu imkansızdır. Biz Video Reklam kampaniyaları hazırladığımız zaman , yayımlanacaq videoları yenidən və Google-un “ABCD” qaydalarına uyğun çəkirik ki bunun doğrusuda elə odur.

Nədir bu ABCD?

Attraction , Brand , Connect , Direct kəlimlərinin baş həriflərindən oluşan ABCD termini , Video Reklamlar zamanı yeni bir qayda hesab edilir. Televiziyada sizin müştəri fikrini dəyişmək üçün əlavə nə isə etməyinizə ehtiyac yoxdur. Amma Rəqəmsal Marketinqdə işlər tam fərqli mexanizma ilə işləyir. Sizin müştərinin diqqətini cəlb etmək üçün 3-5 saniyıniz var. Bu müştəri davranışlarına görə dəyişkənlik göstərsədə , amma bir Video Reklam istifadəçinin qarşısına çıxdığında , onların ilk qərarı 5 saniyə sonra Reklamı keçməkdir. Amma siz 5 saniyə ərzində potensiyal müştərinin fikrini dəyişməlisiniz ki o sizin Reklamınızın davamını izləsin.

Təbii ki buda ABCD mexanizması ilə mümkündür. Attraction ilə öncə diqqəti videoya cəmləməyiniz lazımdır ki ikinci mərhələdə Markanızın üzərinə köklənməyi planlamalısınız. Ardınca Connect gəlir ki ən əsas mərhələ burdada başlayır deyə bilərik. Connect mərhələsində Potensiyal müştəri ilə bir bağlantı qurmağınız lazımdır. Bunu edə bilməyin ən rahat yolu isə , müştərilərinizi çox yaxşı tanımağınızdan keçir. Və son olaraqda Direct mərhələsində bu saniyəyə qədər Reklamınızı izləyən Potensiyal müştəriyə , məhsul vəya xidmətləriniz haqqında etkiləyici mesajlar verməlisiniz.

Bunu kimlər istifadə edir?

  • Amazon
  • Alibaba
  • Google
  • Windows

Leave a Comment

Your email address will not be published.