1. Bundan sonra siz , sizin , onlar və bənzəri sözlər müştəriləri , biz bizim və bənzəri sözlər "EYRUZ Agency"i təmsil edəcək.
2.Xidmət şərtlərində istənilən vaxt dəyişiklik etmək hüququna sahibik.
3. Xidmətlərimizdən hər hansı birini sifariş verdiyiniz zaman bu şərtləri qəbul etmiş hesab edilirsiniz.
Ümumi maddələr
4.1 Xidmət şərtlərimizin əsas dili Azərbaycancadır. Xidmət şərtlərimiz digər dillərə tərcümə edilə bilər , lakin hər hansı bir anlaşılmazlıq yaranacağı halda, xidmət şərtlərimizin Azərbaycanca olan versiyası əsas götürüləcək.
4.2 Azərbaycan Respublikasının dövlət maraqlarınan qarşı çıxan və bu tipli layihələr üçün xidmət göstərmirik.
4.3 Pornoqrafik və bu tipli layihələr üçün xidmət göstərmirik.
4.4 Bütün layihələrə eyni yanaşırıq. Dini , İrqi və Siyasi düşüncə fərqlərini əsas götürmürük.
5.Veb Saytlar
5.1 Biz tam təhlükəsiz , ən son texnologiyalardan istifadə edərək Veb Saytlar hazırlayırıq.
5.5 Hazırladığımız Veb Saytlarda yarana biləcək bütün texniki problemlərə cavabdehlik daşıyırıq. Aramızdakı xidmət müddəti başa çatana qədər sizə hazırladığımız saytlarda yarana biləcək vəya yaranmış problemləri aradan qaldırmaq öhdəliyimiz var.
5.6 Hazırladığımız saytlarda , bloq vəya bənzəri səhifələrdə paylaşılacaq yazılar , video vəya digər materiallar üçün Agentliyimiz cavabdeh deyil. Bu materialların hüquq cavabdehliyi sizə aiddir.
5.7 Aramızdakı müqavilə müddəti bitməzdən əvvəl , bizdə qeydiyyatlı olan saytınızı digər hər hansı bir Agentliyə tarnsfer edə bilmərsiniz.
5.8 Aramızdakı müqavilə müddəti bitməzdən əvvəl , bizimlə əlaqə yaradaraq sifariş verdiyiniz saytı yayımdan qaldıra bilərsiniz.
5.9 Əgər aramızdakı müqavilənin zamanını erkən bitirmək istəyirsinizsə və sizin bizdə qeydiyyatlı Sayt(lar)ınız varsa , bizimlə əlaqə yaradaraq səbəbini əsaslandırdıqdan sonra , aramızdakı müqaviləni birtərəfli qaydada bitirə bilərsiniz. Bu zaman , xidmət üçün ödədiyiniz ilkin məbləğin 20%-i qədər kompensasiya ödəməlisiniz.
5.10 .az sonluqlu domain adlarının qeeydiyyatı Azərbaycan qanunlarına uyğun rəsmi qeydiyyat tələb edir. Bu domain adlarının qeydiyyatı zamanı , qeydiyyat sizin adınıza rəsmiləşir.
5.11 Sizinlə aramızdakı aktiv müqaviləni birtərəfli qaydada bitirmək hüququna sabibik. Bu zaman sizi ən gec 1 ay öncədən məlumatlandırmalıyıq. Bu zaman sizə aid bir veb sayt varsa , onu istəyinizə uyğun olaraq bir digər Agentliyə transfer edirik və bu zaman sizdən əlavə ödəniş tələb edilə bilməz.
6. Rəqəmsal Marketinq
6.1 EYRUZ Agency olaraq müasir alqoritmalar və texnologiyalardan istifadə edərək , Şirkətlər vəya Fiziki şəxslər üçün Rəqəmsal Marketinq xidmətləri göstəririk.
6.2 Biz Google Reklamları, Sosial Media Reklamları, Yandex Reklamları , Youtube Reklamları kimi müasir Rəqəmsal Marketinq xidmətləti göstəririk.
6.3 Özəl durumlar xaricində , Google Reklamlarının yayımlanması zamanı şəxsi hesablarımızdan istifadə edirik.
6.4 Kampaniya zamanı sizə aid hesabların giriş məlumatların ala bilərik. Amma bu məlumatlar heç bir halda sizin icazəniz olmadan dəyişdirilə vəya marketinq məqsədləri üçün istifadə edilə bilməz.
6.5 Pornoqrafik vəya bu tipli məhsullar üçün Reklam Kampaniyaları hazırlamırıq.
6.6 Reklam Kampaniyalarındakı vəd edilən sözlər vəya göstərilən xidmət ilə , müştəriləriniz tərəfindən alınacaq xidmət arasında bənzərsizlik yaranacağı halda buna cavabdeh tərəf sizsiniz.
6.7 Əgər Reklam materialları sizin tərəfinizdən bizə verilibsə , Reklam Məhsullarındakı materiallara görə məsuliyyəti siz daşıyırsınız.
7. Digital Streaming
7.1 EYRUZ Agency olaraq təhlükəsiz və ən son standartlara cavab verən Rəqəmsal yayım platformaları yaradırıq.
7.2 Hazırladığımız video yayım platformalarında yayımlanacaq video , audio və digər materialların məsuliyyəti onu yyaımlayan tərəfin öhdəliyindədir.
8.Online Mağazalar
8.1 Sıfırdan yazılmış və hazır frameworklardan istifadə edərək online mağazalar yaradırıq.
8.2 Hazırladığımız e-ticarət saytlarında satılacaq məhsullar və onların keyfiyyəti ilə bağlı problem yaranacağı halda cavabdeh tərəf biz deyilik. Buna cavabdeh tərəf sizsiniz.
8.3 Biz heç bir halda , hazırladığımız online mağazalarda satılacaq məhsullara görə cavabdeh deyilik. Bu durumda cavabdeh tərəf sizsiniz.
9. SMM Xidməti
9.1 Biz aşağıdakı şərtlər daxilində SMM Xidməti göstəririk.
9.2 SMM Xidməti: Tərəfimizdən sizin Sosial Hesablarınızın idarə edilməsi xidməti anlamına gəlir. Pornoqrafik , Yetişkinlərə yönəlik səhifələr xaricində digər səhifələri idarə edirik.
9.3 Tərəfimizdən yaradılmayan hesablarda bizdən əvvəl paylaşılan yazı,şəkil və video materiallar üçün cavabdeh deyilik. Biz hesabı təhvil aldıqdan sonrakı və təhvil verilən ana qədərki bütün paylaşımlar üçün cavabdehik.
9.4 Sosial hesablarınızın təhlükəsizliyinə cavabdehik. Bütün hesablarınız Kiber Hücumlara qarşı qorunacaq və bu öhdəliyi üzərimizə götürürük.
9.5 Hesablarınızda sizinlə razılaşdırılmamış heç bir post paylaşıla bilməz.
9.6 Hesablarınız bizim idarəetməmizə keçdiyi andan etibarən , giriş məlumatları dəyişdirilir.
10. Naming & Branding
10.1 Biz yeni marka adlarının yaradılması , yeni bir marka kimliyinin yaradılması vəya varolan bir marka kimliyinin yenidən dizayn edilməsi xidmətini göstəririk.
10.2 Bu adların və Marka kimliyinə daxil olan komponentlərin ( Loqo , Sloqan , Fontlar və.s) sizə özəl olmasına , oların müəlliflik hüququnun qorunmasına cavabdehlik daşıyırıq.