1. Xidmət açıqlaması

eyruz.com (bundan sonra EYRUZ Creative Agency), Rəqəmsal Marketinq , E-ticarət , Proqramlaşdırma , UX/Uİ Dizayn , Video Çarx çəkilməsi və E-ticarət danışmanlığı xidmətləri göstərir.. Bu xidmətlər, siz (bundan sonra "Müştəri" olarak adlandırılacaq) tərəfindən ilgili müqavilə və ya saziş çərçivəsində müəyyən edilmiş xüsusi tələblərə əsaslanaraq təqdim olunur.

2. Sifariş və Ödəmə

2.1. Müştəri, Agentlik tərəfindən təqdim edilən xidmətləri almaq üçün Agentliyin veb saytı, e-poçt və ya telefon kimi əlaqə vasitələri ilə müraciət etməlidir.

2.2. Xidmətlərin qiymətləndirilməsi və ödəmə şərtləri, ətraflı bir müqavilə və ya saziş əsasında müəyyənləşdirilir. Ödəmə tarixləri, məbləğlər və üsulları bu sazişdə aydın şəkildə göstərilməlidir.

2.3. Ödəmələr, müqavilədəki tarixlərdə və göstərilmiş üsullarla yerinə yetirilməlidir. Ödəmə gecikmələri, əlaqədar gecikmələr və faizləri gətirə vəya sifariş edilən xidmət vəya xidmətlərin dayandırılmasına gətirib çıxara bilər.

3. Xidmət(lərin) təhvil verilmə vaxtı və müqavilə müddəti

3.1. Agentlik, xidmətlərin təhvil verilməsi üçün müəyyən bir tarix və ya müddət təyin edir və bu müddət ərzində sifariş edilən xidmət vəya xidmətlərin təhvil verilməsindən sorumludur.

3.2. Təhvil verilmə tarixində hər hansı bir gecikmə və ya dəyişiklik halında, Agentlik, Müştəriyə tezliklə bildiriş göndərir və yeni bir təhvil planı hazırlana bilər.

3.3. Xidmətlərin prosesi, Müştəri ilə düzgün əlaqə və işbirliyini tələb edə bilər. Əlaqəli tapşırıqlar və vəzifələr taraflar arasında aydın şəkildə müəyyən edilməlidir.

4. Müqaviləyə xitam

4.1. Tərəflərin heç birisi imzaladıqları müqavilədə qeyd edilən müddət başa çatmadan müqaviləni tək tərəfli bitirə blməz.

4.2. Müqavilədə qeyd edilən vaxt bitəndən sonra , tərəflərdən hər hansı biri müqaviləni uzatmama qərarı ala bilər.

4.3. Müqaviləni bitirən tərəf qarşı tərəfə aid bütün dataları və materialları onlara verməkdə hökümlüdür.

5. Gizlilik və Məlumatların Təhlükəsizliyi

5.1. Agentlik, Müştəri məlumatlarını gizli tutmayı təmin edir və Müştəri məlumatlarını üçüncü tərəflərlə paylaşmaz. Məlumatların təhlükəsizliyi milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur.

6. Məsuliyyət Məhdudlaşdırmaları

6.1. Biz saytlarda yüksək təhlükəsizlik tədbirləri alırıq. Bəzi durumlarda Hostinq və Domen provider tərəfli texniki problemlər yaşana bilər.

6.2. Agentlik, Müştəri veb saytının və ya digər rəqəmsal varlıqlarının məzmunu və yeniləmələri ilə bağlı heç bir məsuliyyət qəbul etmir.

7. Müqavilənin sonlandırılması

7.1. Agentlik və ya Müştəri, imzaladıqları müqavilədəki vaxt bitdikdə , müqavilə avtomatik bitmiş sayılacaq.

8. Tətbiq edilən Hüquq və Səlahiyyət

8.1. Bu xidmət şərtləri Azərbaycan hüququna tabe olur

9. Dəyişikliklər və Yeniləmələr

9.1. Agentlik, xidmət şərtlərini yeniləmə və dəyişdirmə hüququnu qoruyur. Dəyişikliklər, Agentlik veb saytında və ya Müştəriyə yazılı şəkildə bildirilir.

Xidmətlərimiz

Rəsmi Müqavilə , Tez Təhvil və 7/24 əlaqə yarada biləcəyiniz şəxsi meneceriniz.

Rəqəmsal Marketinq

Söhbət Rəqəmsal Marketinqdən gedirsə , biz rəqib tanımırıq. Rəqib analiz və müasir alqoritmlər ilə satışlarınızı artıracaq real həllər təklif edirik.

Saytların Yaradılması

Biz açılış sürəti 2 saniyənin altında olan saytlar yaradırıq. Bu daha çox müştəri mənasına gəlir. Üstəlik texniki dəstəkdə pulsuzdur.

Naming

Biznesinizin adını bir yerdə yaradaq. Uğurlu biznes hekayəsinin arxasında doğru seçilmiş ad əsas meyardır. Biz bu alanda 1 nömrəyik.

Qrafik Dizayn

Hədəf kütlənizdə qalıcı təəssürat yaratmaq üçün peşəkar Qrafik Dizayn xidmətimizdən yararlanın. Sosial Media Postları , Afişlər , Qablaşdırma dizaynı və daha çoxu.

Brendinq

Doğru yaradılmış bir Brendinq , satışlarınızdakı əsas pay sahibidir.Biz sizə özəl Loqo və Marka kimliyi yaradırıq.

Motion & Video Çəkiliş

Effektli və diqqət çəkən Motion və Video xidmətimiz ilə hədəf kütləniz ilə birbaşa əlaqə yaradın. Biz sizin hekayənizə uyğun məhsul yaradır və fərqli effektlər ilə sizi fərqləndiririk.

3D Animasiya

İstənilən biznes sahəsi üçün peşəkar və sizin hekayənizə uyğun yaradılan 3D animasiya və modelləmə. Tanıtım filmləri , Reklamlar və daha çoxu.

Saytlara Texniki Dəstək

İstənilən yerdə və istənilən zaman onlayn olun. Saytınızın optimizasiyası , yeni funksiyaların əlavəsi və təhlükəsizliyi və ehtiyaclarınızı qarşılayacaq hər şey.

Mobil Applikasiyalar

Müştərilərə daha yaxın olun. Cari müştəri bazanızı genişləndirmək və gəlişmiş bir CRM üçün ilk yol peşəkar və son dərəcə müasir bir applikasiyadan keçir.
logo

Cəfər Cabbarlı 44 , Caspian Plaza
mail@eyruz.com
+994503455952
Sosial Hesablarımız